Azərbaycan ilk dəfə İraq və İsveçə şərab tədarük edib
- 25 iyun, 2023
- 06:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 2,1 milyon ABŞ dolları dəyərində 117 min dekalitr üzüm şərabı satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Azərbaycan Rusiyaya 1,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,7 dəfə çoxdur) 109 min dekalitr (+2,5 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 97,4 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 1 min dekalitr (+2 dəfə), Belarusa 83,6 min ABŞ dolları dəyərində (-65 %) 3,6 min dekalitr (+80 %), Latviyaya 22,4 min ABŞ dolları dəyərində (+9,2 %) 1,1 min dekalitr (+2,8 %), Yaponiyaya 19 min ABŞ dolları dəyərində (+16 %) 0,2 min dekalitr (-55 %) məhsul göndərib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqa (3,1 min ABŞ dolları dəyərində 0,3 min dekalitr) və İsveçə (0,4 min ABŞ dolları dəyərində 0,01 min dekalitr) tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan 1,9 milyon ABŞ dolları dəyərində (+83 %) 22,7 min dekalitr (+58,4 %) üzüm şərabı idxal edib.
Azərbaycan İtaliyadan 821 min ABŞ dolları dəyərində (+25 %) 8,6 min dekalitr (+20 %), Fransadan 522 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 3,3 min dekalitr (+3,9 dəfə), Gürcüstandan 236,2 min ABŞ dolları dəyərində (+65 %) 6,1 min dekalitr (+69 %), Rusiyadan 75,9 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 0,9 min dekalitr (-20 %), İspaniyadan 50,8 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 0,75 min dekalitr (+5 dəfə) məhsul alıb.