Azərbaycan ilk dəfə bir neçə ölkəyə sürtkü yağları ixrac etməyə başlayıb

Biznes
  • 09 yanvar, 2024
  • 12:45
Azərbaycan ilk dəfə bir neçə ölkəyə sürtkü yağları ixrac etməyə başlayıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC ilk dəfə Kolumiya, Mərakeş, Əlcəzair, İordaniya, Nigeriya, Keniya, Cənubi Sudan, Yəmən, CAR, Dominikan və s. ölkələrə sürtkü yağları ixrac etməyə başlayıb.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, ötən il şirkət 46 min ton məhsul satıb, bunun da 44 min tondan çoxu 35-dən artıq ölkəyə ixrac edilib.