Azərbaycan iki ölkəyə mebel ixrac etməyə başlayıb

Biznes
  • 29 mart, 2024
  • 08:20
Azərbaycan iki ölkəyə mebel ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 3 milyon ABŞ dolları dəyərində 22 min 933 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 28 % azdır.

Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarına 646 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % azdır) 10 min 223 ədəd (-38 %), Gürcüstana 600 min ABŞ dolları dəyərində (-25 %) 5 min 576 ədəd (-13 %), Səudiyyə Ərəbistanına 528 min ABŞ dolları dəyərində (+7 dəfə) 1 min ədəd (+15 %), Qazaxıstana 290,3 min ABŞ dolları dəyərində (-61 %) 1 min 766 ədəd (-48 %), İtaliyaya 257,4 min ABŞ dolları dəyərində (+2 570 dəfə) 562 ədəd (+562 dəfə) mebel satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana (0,05 min ABŞ dolları dəyərində 1 ədəd) və Yeni Zelandiyaya (0,7 min ABŞ dolları dəyərində 12 ədəd) tədarük həyata keçirilib.