Azərbaycan iki ölkəyə ketçup ixracını bərpa edib
- 31 oktyabr, 2022
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 8 ayında Azərbaycan 2,31 milyon ABŞ dolları dəyərində 1 min 565 ton ketçup idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,1 %, kəmiyyət olaraq – 2,4 % çoxdur.
Rusiyadan 1,376 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəridən 30 % çoxdur) 885,63 ton (+6,5 %), Türkiyədən 519,15 min ABŞ dolları dəyərində (+15 %) 390,51 ton (+15 %), Almaniyadan 128,44 min ABŞ dolları dəyərində (+37 dəfə) 63,77 ton (+64 dəfə), Qazaxıstandan 98,62 min ABŞ dolları dəyərində (+41,4 %) 95,57 ton (+26,5 %), İtaliyadan 40,64 min ABŞ dolları dəyərində (+82 %) 15,23 ton (+2,7 dəfə) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan 63,46 min ABŞ dolları dəyərində (+1,1 %) 42,23 ton (+15 %) ketçup ixrac edib.
Gürcüstana 58,43 min ABŞ dolları dəyərində (+44,2 %) 34,48 ton (+52 %), Belarusa 3,86 min ABŞ dolları dəyərində 2,89 ton, Rusiyaya 0,87 min ABŞ dolları dəyərində 0,76 ton (bir il əvvəl tədarük olmayıb) və Ukraynaya 0,29 min ABŞ dolları dəyərində 0,1 ton ketçup satılıb.
İki ilin tamamında Ukraynaya, 1 il 5 aylıq fasilənin ardından Belarusa tədarük bərpa edilb.