Azərbaycan iki ölkəyə cilalanmış şüşə ixrac etməyə başlayıb

Biznes
  • 25 fevral, 2025
  • 17:57
Azərbaycan iki ölkəyə cilalanmış şüşə ixrac etməyə başlayıb

2024-cü ildə Azərbaycan 16,8 milyon ABŞ dolları dəyərində 6 milyon 175 min kvadratmetr cilalanmış şüşə ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 51 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 12,45 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 98 % çoxdur) 4 milyon 862 min kvadratmetr (+2,4 dəfə), Ukraynaya 2,8 milyon ABŞ dolları dəyərində (-57 %) 857 min kvadratmetr (-50 %), Gürcüstana 1,4 milyon ABŞ dolları dəyərində (+6,5 dəfə) 425 min kvadratmetr (+7,7 dəfə), Rusiyaya 84,3 min ABŞ dolları dəyərində 22,8 min kvadratmetr, Amerika Birləşmiş Ştatlarına 41,3 min ABŞ dolları dəyərində 5 min kvadratmetr və Səudiyyə Ərəbistanına 20,4 min ABŞ dolları dəyərində 4 min kvadratmetr məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq ABŞ və Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 12 ölkəyə ixrac edilmiş 4 min ton cilalanmış şüşənin 48,8 %-i Türkiyənin, 41,5 %-i Ukraynanın payına düşüb.

44 - Tezliklə