Azərbaycan iki ölkəyə araq ixracını bərpa edib
- 25 oktyabr, 2022
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana 4,592 milyon ABŞ dolları dəyərində 46,81 min dekalitr araq idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 3,5 % çoxdur.
Rusiyadan 2,033 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,5 % çoxdur) 20,08 min dekalitr (+22,4 %), Belarusdan 737,14 min ABŞ dolları dəyərində (-50,1 %) 11,32 min dekalitr (-9,8 %), Ukraynadan 629,17 min ABŞ dolları dəyərində (+16,4 %) 6,76 min dekalitr (-12,7 %), Fransadan 358,88 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 0,87 min dekalitr (+4,8 dəfə), İsveçdən 207,24 min ABŞ dolları dəyərində (+26,2 %) 1,24 min dekalitr (+51,2 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan 265,4 min ABŞ dolları dəyərində (+35,2 %) 3,42 min dekalitr (-12,3 %) araq ixrac edib.
İraqa 80,78 min ABŞ dolları dəyərində (+37,8 %) 1,92 min dekalitr (+88,2 %), Almaniyaya 80,26 min ABŞ dolları dəyərində 0,6 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 31,34 min ABŞ dolları dəyərində (+26,5 %) 0,38 min dekalitr (+15,2 %), Türkiyəyə 21,77 min ABŞ dolları dəyərində 0,19 min dekalitr, təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 21,44 min ABŞ dolları dəyərində 0,09 min dekalitr məhsul satılıb.
Beş il 9 ayın tamamında Türkiyəyə, 4 il 1 aylıq fasilənin ardından Gürcüstana tədarük bərpa edilib. Gürcüstan Azərbaycandan 3,16 min ABŞ dolları dəyərində 0,07 min dekalitr araq alıb.