Azərbaycan iki ölkədən toyuq əti tədarük etməyə başlayıb
- 15 mart, 2025
- 09:41
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 66 milyon ABŞ dolları dəyərində 38 534 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 49 % çoxdur.
Hesabat dövründə Azərbaycana Ukraynadan 26,12 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 50 % çoxdur) 16 395 ton (+47 %), Rusiyadan 24,52 milyon ABŞ dolları dəyərində (+81 %) 13 241 ton (+57 %), Belarusdan 7,6 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 5 258 ton (+2,9 dəfə), Gürcüstandan 4,3 milyon ABŞ dolları dəyərində (-44 %) 2 153 ton (-45 %), Özbəkistandan 3,23 milyon ABŞ dolları dəyərində 1 320 ton məhsul gətirilib.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan (179 min ABŞ dolları dəyərində 99,1 ton) və Özbəkistandan tədarük həyata keçirilib.