Azərbaycan iki ölkədən şəkər çuğunduru toxumunun alışını kəskin artırıb

Biznes
  • 03 dekabr, 2022
  • 07:03
Azərbaycan iki ölkədən şəkər çuğunduru toxumunun alışını kəskin artırıb

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xaricdən 658,95 min ABŞ dolları dəyərində 23,36 ton şəkər çuğunduru toxumu alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 83,2 % çoxdur.

Hesabat dövründə Amaniyadan 273,59 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,2 % azdır) 7,95 ton (+9,5 %), Belçikadan 201,55 min ABŞ dolları dəyərində (+96 %) 8,51 ton (+2,2 dəfə), İtaliyadan 152 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 6,13 ton (+4,6 dəfə) və Fransadan 31,78 min ABŞ dolları dəyərində 0,77 ton (1 il 4 aydan sonra tədarük bərpa edilib) məhsul gətirilib.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (4 ölkədən) 12,75 ton şəkər çuğunduru toxumunun 57 %-i Almaniyanın payına düşüb.