Azərbaycan iki ölkədən pestisid alışını kəskin artırıb
- 25 iyun, 2025
- 13:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 30,6 milyon ABŞ dolları dəyərində 4 598 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 29 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 14,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % çox) 2 232 ton (+11 %), Almaniyadan 2,6 milyon ABŞ dolları dəyərində (+58 %) 184 ton (-24 %), Çindən 3,8 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 751 ton (+3 dəfə), Rusiyadan 33,4 milyon ABŞ dolları dəyərində (+7 %) 470 ton (+1 %), Fransadan 1,8 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 111 ton (+7 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 9 min 108 ton pestisidin 52 %-i Türkiyənin payına düşüb.