Azərbaycan iki ölkədən pambıq ipliyinin alışını kəskin artırıb

Biznes
  • 01 avqust, 2025
  • 16:07
Azərbaycan iki ölkədən pambıq ipliyinin alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 493,6 ton pambıq iplik gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 47 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 781 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 25 % çox) 390 ton (+34 %), Özbəkistandan 143,8 min ABŞ dolları dəyərində (+36 dəfə) 59,4 ton (+59 dəfə), Hindistandan 95,6 min ABŞ dolları dəyərində (+12 dəfə) 30,1 ton (+30 dəfə), Çindən 30,3 min ABŞ dolları dəyərində (-12 %) 12,5 ton (-26 %), İtaliyadan 8,2 min ABŞ dolları dəyərində 1,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 938 ton pambıq ipliyin 85 %-i Türkiyənin payına düşüb.