Azərbaycan iki ölkədən naviqasiya cihazlarının alışını bərpa edib

Biznes
  • 29 may, 2025
  • 17:40
Azərbaycan iki ölkədən naviqasiya cihazlarının alışını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 358 min ABŞ dolları dəyərində 540 ədəd naviqasiya cihazı və aləti (aeronaviqasiya və kosmiknaviqasiya üçün cihazlar da daxildir) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 % az, kəmiyyət olaraq – 9 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 160 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,9 % az) 9 ədəd (-12 %), Türkiyədən 71 min ABŞ dolları dəyərində 85 ədəd, Almaniyadan 64 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 1 ədəd (+83 %), Böyük Britaniyadan 27 min ABŞ dolları dəyərində (-30 %) 5 ədəd (+2,5 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 22 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 1 ədəd (+3,4 dəfə) cihaz alıb.

Azərbaycan 3 il 3 ayın tamamında BƏƏ-dən və 1 il 10 aylıq fasilənin ardından Türkiyədən tədarükü bərpa edib.

44 filmi