Azərbaycan iki ölkədən motorlu qayıq və kater alışını bərpa edib
- 12 sentyabr, 2022
- 11:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana xaricdən 26,29 min ABŞ dolları dəyərində 3 ədəd motorlu qayıq və kater gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Meksikadan 21,29 min ABŞ dolları dəyərində 2 ədəd və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 5 min ABŞ dolları dəyərində 1 ədəd müvafiq su nəqliyyatı alınıb.
On bir il 2 ayın tamamında Meksikadan, 1 il 9 aydan sonra ABŞ-dan tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycan 100 min ABŞ dolları dəyərində 1 ədəd sözügedən nəqliyyat vasitəsini ixrac (Türkiyəyə) edib. Son iki ildə Azərbaycandan xaricə motorlu qayıq və kater tədarük olunmayıb.