Azərbaycan iki ölkədən lift tədarükünü bərpa edib
- 02 sentyabr, 2024
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 13,22 milyon ABŞ dolları dəyərində 1 min 158 ədəd lift və skipli yük qaldırıcı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 9,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % çoxdur) 837 ədəd (+2,4 dəfə), Yaponiyadan 2 milyon ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 1 milyon ABŞ dolları dəyərində (+50 %) 188 ədəd (+2,4 dəfə), Cənubi Koreyadan 218 min ABŞ dolları dəyərində (+2,8 %) 7 ədəd (dəyişməyib), Slovakiyadan 102 min ABŞ dolları dəyərində (-83 %) 2 ədəd (-91 %) məhsul alıb.
Azərbaycan 3 il 4 aylıq fasilənin ardından Yunanıstandan (82,61 min ABŞ dolları dəyərində 2 ədəd) və 2 il 4 aylıq aradan sonra Belarusdan (12,1 min ABŞ dolları dəyərində 1 ədəd) lift tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 17 ölkədən idxal edilmiş 1 min 342 ədəd liftin 73,7 %-i Çinin payına düşüb.