Azərbaycan iki ölkədən fiber-optik kabel tədarükünü bərpa edib

Biznes
  • 05 mart, 2025
  • 13:16
Azərbaycan iki ölkədən fiber-optik kabel tədarükünü bərpa edib

2024-cü ildə Azərbaycan 28,7 milyon ABŞ dolları dəyərində 7 522 ton fiber-optik kabel idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 2,5 %, kəmiyyət olaraq – 33 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 4 377 ton (+53 %), Türkiyədən 6,1 milyon ABŞ dolları dəyərində (-23 %) 1 598 ton (+14 %), Rusiyadan 4,8 milyon ABŞ dolları dəyərində (-11 %) 919 ton (+1,5 %), Belarusdan 3 milyon ABŞ dolları dəyərində (+19 %) 596 ton (+27 %), Polşadan 151,2 min ABŞ dolları dəyərində (+8 dəfə) 20 ton (+65 dəfə) kabel alıb.

Azərbaycan 4 il 11 aylıq aradan sonra Avstriyadan (0,5 min ABŞ dolları dəyərində 0,01 ton) və Tailanddan (0,3 min ABŞ dolları dəyərində 0,03 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 36 ölkədən idxal edilmiş 5,65 min ton fiber-optik kabelin 50,5 %-i Çinin payına düşüb.

44 - Tezliklə