Azərbaycan iki ölkədən cib alışqanlarının idxalını bərpa edib

Biznes
  • 15 sentyabr, 2022
  • 10:31
Azərbaycan iki ölkədən cib alışqanlarının idxalını bərpa edib

Bu ilin ilk 6 ayında Azərbaycana 840,58 min ABŞ dolları dəyərində 14 milyon 255 min ədəd cib alışqanı (təkrar doldurulan və doldurulmayan) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 1,2 % çoxdur.

Hesabat dövründə Çindən 732,17 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12,4 % çoxdur) 13 milyon 776 min ədəd (+1,6 %), İspaniyadan 53,1 min ABŞ dolları dəyərində (-13,2 %) 259,2 min ədəd (-10,1 %), Fransadan 51,54 min ABŞ dolları dəyərində (+48,5 %) 214,14 min ədəd (+4,8 dəfə), Türkiyədən 1,93 min ABŞ dolları dəyərində (-91,5 %) 5,7 min ədəd (-97,1 %), İsveçrədən 1,79 min ABŞ dolları dəyərində (+10,5 %) 0,01 min ədəd (dəyişməyib), Rusiyadan 0,05 min ABŞ dolları dəyərində 0,01 min ədəd, Niderlanddan 0,03 min ABŞ dolları dəyərində 0,07 min ədəd və Almaniyadan 0,02 min ABŞ dolları (dəyişməyib) dəyərində 0,03 min ədəd (-40 %) məhsul alınıb.

Üç il 3 ayın tamamında Rusiyadan, 1 il 4 aylıq aradan sonra Niderlanddan tədarük bərpa edilib.

44 - Tezliklə