Azərbaycan içkilərin idxalına çəkdiyi xərci 3 %-ə yaxın artırıb

Biznes
  • 18 iyun, 2024
  • 06:00
Azərbaycan içkilərin idxalına çəkdiyi xərci 3 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 36,534 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 26,569 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,1 % azdır.

Alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,5 %-ni, ixrac isə ümumi ixracın 0,24 %-ni təşkil edib.

Xatırladaq ki, 5 ayda Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 19,7 % azdır.

Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % artıb.

44 - Tezliklə