Azərbaycan İpoteka Fondu tender elan edib
- 20 dekabr, 2016
- 13:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 dekabr. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" (AİF) ASC kompüter şəbəkəsinin internet şəbəkəsinə çıxışının təminatı üçün provayder xidmətlərinin satın alınmasını elan edib. “Report”un Fondun Satınalmalar Komissiyasına istinadən verdiyi xəbərə görə, tenderdə iştirak haqqı 50 manatdır. İştirak haqqı AİF-in hesabına köçürülməlidir.
Müsabiqə şərtlərinə görə, xidmətin icra müddəti 3 ildir. Dəstək xidmətləri 24/7 vaxt rejimində sifarişçinin inzibati binasında göstəriləcək.
Satınalma üzrə ilkin sənədlər 2017-ci il yanvarın 10-dək, təklif zərfləri isə 2017-ci il yanvarın 23-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti,40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək.
Zərflər yanvarın 24-də saat 15:00-da AİF-in inzibati binasında açılacaq.