Azərbaycan Honkonqdan kassa aparatlarının alışını bərpa edib
- 15 mart, 2025
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 5,4 milyon ABŞ dolları dəyərində 27 606 ədəd kassa aparatı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 4,81 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çoxdur) 27 196 ədəd (+22 %), Amerika Birləşmiş Ştatlarından 268,1 min ABŞ dolları dəyərində (+1 675 dəfə) 28 ədəd (+28 dəfə), Rusiyadan 102,44 min ABŞ dolları dəyərində (-5 %) 69 ədəd (-37 %), Malayziyadan 49,1 min ABŞ dolları dəyərində (-27 %) 49 ədəd (-8 %), Meksikadan 37,4 min ABŞ dolları dəyərində (+39 %) 47 ədəd (+34 %) kassa aparatı alıb.
Azərbaycan 3 il 3 ayın tamamında Honkonqdan (Çinin xüsusi inzibati rayonu) tədarükü (0,9 min ABŞ dolları dəyərində 25 ədəd) bərpa edib.
2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 22 min 847 kassa aparatının 97,3 %-i Çinin payına düşüb.