Azərbaycan Hindistandan kərə yağının idxalını bərpa edib

Biznes
  • 17 fevral, 2025
  • 05:57
Azərbaycan Hindistandan kərə yağının idxalını bərpa edib

2024-cü ildə Azərbaycan 139,5 milyon ABŞ dolları dəyərində 24 508 ton kərə yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 54 % çoxdur.

Azərbaycan İrandan 69,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 14 226 ton (+2,7 dəfə), Yeni Zelandiyadan 35,55 milyon ABŞ dolları dəyərində (-16 %) 5 333 ton (-22 %), Belarusdan 7,7 milyon ABŞ dolları dəyərində (+41 %) 1 112 ton (+23 %), Finlandiyadan 6,9 milyon ABŞ dolları dəyərində (+50 %) 918 ton (+37 %), Ukraynadan 6,1 milyon ABŞ dolları dəyərində (-5 %) 879 ton (-24 %) kərə yağı alıb.

Azərbaycan 12 il 4 aylıq fasilənin ardından Hindistandan tədarükü (4,2 milyon ABŞ dolları dəyərində 741 ton) bərpa edib.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 16 min ton kərə yağının 43 %-i Yeni Zelandiyanın, 33 %-i İranın payına düşüb.