Azərbaycan Gürcüstanın orqanik gübrə aldığı əsas ölkə olub
- 26 aprel, 2024
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 150 min ABŞ dolları dəyərində 1 min 248 ton heyvan və ya bitki mənşəli (orqanik) gübrə idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 1,3 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana orqanik gübrə tədarük edən ölkələr arasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 244 min ABŞ dolları dəyərində 1 min 483 ton orqanik gübrə alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 23 % azdır və 12,8 % çoxdur. O cümlədən Gürcüstan Türkiyədən 42 min ABŞ dolları dəyərində 110 ton, Latviyadan 19 min ABŞ dolları dəyərində 53 ton, İtaliyadan 13,2 min ABŞ dolları dəyərində 5 ton, Rusiyadan 11,3 min ABŞ dolları dəyərində 66 ton orqanik gübrə idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 5 min 629 ton orqanik gübrə alıb ki, bunun da 799 min ABŞ dolları dəyərində 5 min 302 tonu Azərbaycanın payına düşüb.