Azərbaycan Gürcüstandan siqaret idxalını 3 dəfədən çox azaldıb

Biznes
  • 19 may, 2020
  • 07:46
Azərbaycan Gürcüstandan siqaret idxalını 3 dəfədən çox azaldıb

Bu ilin ilk dörd ayında Azərbaycan Gürcüstandan 201,2 min qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkədən tədarük etdiyi tütün məhsullarının ümumi dəyəri 5,13 mln ABŞ dollarına bərabər olub.

İllik müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan siqaret və tütün məmulatlarının həcmi 3,65 dəfə azalıb.