Azərbaycan Gümüşhanedən məhsul idxalına çəkdiyi xərci 72 % azaldıb

Biznes
  • 06 yanvar, 2023
  • 07:44
Azərbaycan Gümüşhanedən məhsul idxalına çəkdiyi xərci 72 % azaldıb

2022-ci ildə Türkiyənin Gümüşhane bölgəsindən Azərbaycana 2021-ci illə müqayisədə 72 % az – 12 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Hesabat dövründə bölgədən 14 ölkəyə ixrac həyata keçirilib. Ən böyük ixrac Belçikaya (22,605 milyon ABŞ dolları), Çinə (17,284 milyon ABŞ dolları), Almaniyaya (7,706 milyon ABŞ dolları) və Cənubi Koreyaya (6,765 milyon ABŞ dolları) reallaşdırılıb.

Ötən il bölgədən ən çox mədən məhsulları (63,836 milyon ABŞ dolları; illik müqayisədə 3,5% az), mebel, kağız və meşə məhsulları (162 min ABŞ dolları; 85,9 % az), taxıl, paxlalı, yağlı toxumlar və məhsulları (11 min ABŞ dolları; 73,6 % az) və meyvə-tərəvəz məhsulları (9 min ABŞ dolları; 17,4% az) ixrac edilib.

44 filmi