Azərbaycan gübrə ixracından qazancını 45 %-ə yaxın artırıb
- 03 yanvar, 2026
- 12:48
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 81,565 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,7 % çoxdur.
Hesabat dövründə Azərbaycandan gübrə ixracının dəyəri isə 164,352 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 44,8 % çoxdur.
Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,38 %-ni, ixrac isə ümumi ixracın 0,7 %-ni təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.