Azərbaycan gübrə ixracından gəlirini 10 dəfədən çox artırıb

Biznes
  • 23 dekabr, 2021
  • 10:18
Azərbaycan gübrə ixracından gəlirini 10 dəfədən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 42,491 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azdır.

11 ay ərzində Azərbaycanın gübrə ixracının dəyəri isə 96,069 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 10,2 dəfə çoxdur.

Hesabat dövründə gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,41 %-ni, ixrac isə ümumi ixracın 0,49 %-ni təşkil edib.