Azərbaycan gömrük orqanlarının sərhəddə aşkarladığı narkotiklərin miqdarı artıb
- 28 may, 2015
- 05:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı.28 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində gömrük orqanları tərəfindən 68 012,45 qram narkotik vasitə tutulub.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,6% çoxdur. Bu müddətdə aşkarlanaraq sərhəddən keçirilməsinin qarşısı alınmış psixotrop maddələrin miqadarında da təxminən eyni səviyyədə artım qeydə alınıb. Bu göstərici illik müqayisədə 42,5% artaraq cari ilin ilk 4 ayı üzrə 82,25 qram təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 74 fakt qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründən 39,6% çoxdur. Bildirək ki, bu müddətdə qaçaqmalçılıq faktları da 30,3% artaraq cari ilin yanvar-aprel ayları üzrə 99-a yüksəlib.