Azərbaycan gömrük-keçid məntəqələrinin sayını artırmaq niyyətindədir

Biznes
  • 06 may, 2016
  • 07:35
Azərbaycan gömrük-keçid məntəqələrinin sayını artırmaq niyyətindədir

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan-İran sərhədində olan keçid məntəqələrinin bir çoxu hazırda fəaliyyət göstərmir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib: "Biz çalışırıq ki, onların fəaliyyətini bərpa edək".

Ş.Bağırov bildirib ki, yeni gömrük-keçid məntəqələrinin yaradılması və mövcud olanların işinin keyfiyyətinin artırılması məqsədi ilə DGK qonşu ölkələrlə danışıqlar aparır: "Həmçinin gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçiriməsi ilə bağlı danışıqlar aparırıq".