Azərbaycan etilen polimerlərinin ixracını 18 %-dən çox azaldıb 

Biznes
  • 21 dekabr, 2024
  • 13:49
Azərbaycan etilen polimerlərinin ixracını 18 %-dən çox azaldıb 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 127 milyon 816,59 min ABŞ dolları dəyərində 113 min 893,14 ton etilen polimerləri (ilkin formalarda) ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 11,7 %, həcmi isə 18,2 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında etilen polimerlərinin payı 4,83 % təşkil edir.

Noyabr ayında isə ölkədən 6 milyon 186,87 min ABŞ dolları məbləğində 5 min 553,75 ton etilen polimerləri (ilkin formalarda) ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq 31,1 % və 37,1 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.