Azərbaycan Estoniyaya sürtkü yağları tədarük etməyə başlayıb

Biznes
  • 10 mart, 2025
  • 12:12
Azərbaycan Estoniyaya sürtkü yağları tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycan 62 milyon ABŞ dolları dəyərində 51 713 ton sürtkü yağları ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 11,95 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 11 016 ton (+12 %), Bolqarıstana 9,1 milyon ABŞ dolları dəyərində (+60 %) 8 716 ton (+40 %), İraqa 7,7 milyon ABŞ dolları dəyərində (+56 %) 5 371 ton (+48 %), Gürcüstana 4 milyon ABŞ dolları dəyərində (-45 %) 3 492 ton (-54 %), Rumıniyaya 3,55 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 2 978 ton (+13 dəfə) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Estoniyaya tədarük (359 min ABŞ dolları dəyərində 244 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 42 ölkəyə ixrac edilmiş 46 min ton sürtkü yağlarının 21,3 %-i Ukraynanın, 19 %-i Türkiyənin, 16,5 %-i Gürcüstanın payına düşüb.