Azərbaycan əsas tədarük bazarlarından birinə metanol ixracını kəskin artırıb
- 03 dekabr, 2022
- 10:49
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 103,96 milyon ABŞ dolları dəyərində 368 min 635 ton metanol (metil spirti) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 65 % çoxdur.
Hesabat dövründə Niderlanda 31,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 dəfə çoxdur) 114 min 570 ton (+2,8 dəfə), Türkiyəyə 30,298 milyon ABŞ dolları dəyərində (+41,1 %) 102 min 505 ton (+2,7 %), Rumıniyaya 20,11 milyon ABŞ dolları dəyərində (+5,6 dəfə) 71 min 531 ton (+4,4 dəfə), İtaliyaya 9,683 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 28 min 732 ton (+91 %), İspaniyaya 6,666 milyon ABŞ dolları dəyərində 22 min 610 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Qeyd edək ki, Azərbaycanın ötən il ixrac etdiyi (9 ölkəyə) 357,72 min ton metanolun 45,2 %-i Türkiyənin, 14,8 %-i Niderlandın, 9,2 %-i İsrailin payına düşüb.