Azərbaycan əsas tədarük bazarından toyuq ətinin alışını kəskin artırıb

Biznes
  • 08 aprel, 2024
  • 14:00
Azərbaycan əsas tədarük bazarından toyuq ətinin alışını kəskin artırıb

2024-cü ilin yanvar ayında Azərbaycan 4,3 milyon ABŞ dolları dəyərində 2 min 696 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 67 %, kəmiyyət olaraq – 60 % çoxdur.

Hesabat dövründə Azərbaycana Ukraynadan 2,15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,2 dəfə çoxdur) 1 min 499 ton (+3,9 dəfə), Rusiyadan 1,3 milyon ABŞ dolları dəyərində (+15 %) 715 ton (+3 %), Gürcüstandan 714 min ABŞ dolları dəyərində (+34 %) 380 ton (+36 %), Belarusdan 198,3 min ABŞ dolları dəyərində (+9 %) 96,3 ton (-30 %), Türkiyədən 15 min ABŞ dolları dəyərində 5,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 25 min 822 ton toyuq ətinin 43,2 %-i Ukraynanın, 32,6 %-i Rusiyanın payına düşüb.