Azərbaycan əsas tədarük bazarından torf idxalını kəskin artırıb

Biznes
  • 01 may, 2023
  • 10:51
Azərbaycan əsas tədarük bazarından torf idxalını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 446 min ABŞ dolları dəyərində 2 min 132 ton torf (torf qırıntısı da daxil olmaqla) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 24,4 % çoxdur.

Hesabat dövründə Gürcüstandan 128,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58 % çoxdur) 1 min 287 ton (+60 %), Estoniyadan 98,6 min ABŞ dolları dəyərində (+90 %) 215,25 ton (+55 %), Latviyadan 89,1 min ABŞ dolları dəyərində (+65 %) 226 ton (+59 %), Litvadan 80,2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 262,4 ton (+2,1 dəfə), Türkiyədən 30,4 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 66,5 ton (+9,5 dəfə) məhsul alınıb.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilən 10 min 570 ton torfun 65 %-i Gürcüstanın payına düşüb.

44 - Tezliklə