Azərbaycan əsas tədarük bazarından soya yağı idxalını artırıb
- 03 dekabr, 2022
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 9 ayında Azərbaycan xaricdən 2,6 milyon ABŞ dolları dəyərində 1 min 526 ton soya yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Rusiyadan 2,333 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51,3 % çoxdur) 1 min 361 ton (+16 %), Türkiyədən 178,9 min ABŞ dolları dəyərində (-11,4 %) 99,46 ton (-33,2 %) və Ukraynadan 90,25 min ABŞ dolları dəyərində 65 ton (3 illik aradan sonra tədarük bərpa edilib) məhsul gətirilib.
Qeyd edək ki, Azərbaycanın ötən il xaricdən (4 ölkədən) aldığı 1 min 771 ton soya yağının 88,7 %-i Rusiyanın payına düşüb.