Azərbaycan əsas tədarük bazarından portağal şirəsi alışını kəskin artırıb

Biznes
  • 12 may, 2025
  • 17:26
Azərbaycan əsas tədarük bazarından portağal şirəsi alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 272,2 min ABŞ dolları dəyərində 83 ton portağal şirəsi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 43 % çoxdur.

Hesabat dövründə Azərbaycan İsraildən 223 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 54,1 ton (+3 dəfə), Niderlanddan 18,7 min ABŞ dolları dəyərində 3,6 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 15,5 min ABŞ dolları dəyərində (+19 %) 12,6 ton (+18 %), Avstriyadan 5,2 min ABŞ dolları dəyərində (-15 %) 3,4 ton (-11 %), Braziliyadan 4,8 min ABŞ dolları dəyərində (-94 %) 4,7 ton (-74 %) portağal şirəsi alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 294 ton portağal şirəsinin 27 %-i İsrailin, 25 %-i Braziliyanın, 24 %-i Rusiyanın payına düşüb.

44 filmi