Azərbaycan əsas tədarük bazarından marqarin idxalını kəskin artırıb

Biznes
  • 04 may, 2024
  • 13:55
Azərbaycan əsas tədarük bazarından marqarin idxalını kəskin artırıb

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xaricdən 432,37 min ABŞ dolları dəyərində 374,52 ton marqarin (maye marqarindən başqa) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 4,6 dəfə çoxdur.

Hesabat dövründə Rusiyadan 421,95 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,4 dəfə çoxdur) 372,84 ton (+7,4 dəfə), Türkiyədən 10,22 min ABŞ dolları dəyərində (-90 %) 1,6 ton (-95 %) və Belarusdan 0,20 min ABŞ dolları dəyərində (-13 %) 0,08 ton (dəyişməyib) məhsul alınıb.

2023-cü ildə Azərbaycana 3 ölkədən idxal edilmiş 1 min 641 ton marqarinin 96,6 %-i Rusiyanın payına düşüb.

44 filmi