Azərbaycan əsas tədarük bazarından marqarin idxalını 42 % azaldıb
- 28 sentyabr, 2022
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xaricdən 1,121 milyon ABŞ dolları dəyərində 696,49 ton marqarin (maye marqarindən başqa) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26,8 %, kəmiyyət olaraq – 46 % azdır.
Rusiyadan 963,27 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % azdır) 643,74 ton (-41,7 %), Türkiyədən 134,84 min ABŞ dolları dəyərində (-26,2 %) 37,72 ton (-61 %), Ukraynadan 22,01 min ABŞ dolları dəyərində (-78,2 %) 14,6 ton (-81,7 %), Belarusdan 1,02 min ABŞ dolları dəyərində (+14,6 %) 0,41 ton (-6,8 %), Almaniyadan 0,04 min ABŞ dolları dəyərində (-86,2 %) 0,01 ton (-80 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan xaricə 1,494 milyon ABŞ dolları dəyərində (+6,6 %) 819,92 ton (-24 %) marqarin satıb.
Gürcüstana 1,478 milyon ABŞ dolları dəyərində (+5,4 %) 809,92 ton (-25 %) və Özbəkistana 16,23 min ABŞ dolları dəyərində 10 ton (1 il 3 aylıq aradan sonra tədarük bərpa edilib) məhsul göndərilib.
Qeyd edək ki, ötən il xaricdən (5 ölkədən) alınan 696,49 ton marqarinin 85,6 %-i Rusiyanın payına düşür.