Azərbaycan əsas tədarük bazarından kişmiş alışını iki dəfədən çox artırıb

Biznes
  • 07 oktyabr, 2022
  • 11:57
Azərbaycan əsas tədarük bazarından kişmiş alışını iki dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3,7 milyon ABŞ dolları dəyərində 1 min 824 ton qurudulmuş üzüm idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,8 % çoxdur, kəmiyyət olaraq – 1,5 % azdır.

Hesabat dövründə Özbəkistandan 3,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 1 min 560 ton (+2,3 dəfə), İrandan 392 min ABŞ dolları dəyərində (-78,3 %) 244,7 ton (-78 %), Türkiyədən 37 min ABŞ dolları dəyərində (-37,3 %) 19,3 ton (-32,1 %), Cənubi Afrikadan 3 min ABŞ dolları dəyərində (-38 %) 0,5 ton (-50 %) və Almaniyadan 0,1 min ABŞ dolları dəyərində (+10 %) 0,01 ton (+2 dəfə) məhsul alınıb.

Ötən il Azərbaycanın xaricdən (6 ölkə) aldığı 4 min 384 ton kişmişin 54 %-i Özbəkistanın, 44 %-i İranın payına düşüb.