Azərbaycan əsas tədarük bazarından kələm alışını 132 dəfə artırıb
- 22 avqust, 2025
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 1,9 milyon ABŞ dolları dəyərində 4 827 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 69 dəfə, kəmiyyət olaraq – 85 dəfə azdır.
Hesabat dövründə Azərbaycan İrandan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 106 dəfə çoxdur) 4 492 ton (+132 dəfə), Rusiyadan 110,1 min ABŞ dolları dəyərində 275,3 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 24,7 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 60,2 ton (+3,5 dəfə) və Almaniyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 76 ton kələmin 67 %-i İranın payına düşüb.