Azərbaycan əsas tədarük bazarından elektromobil alışını 13 dəfə artırıb
- 12 oktyabr, 2022
- 05:45
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana 5,519 milyon ABŞ dolları dəyərində 186 ədəd elektromobil (yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 dəfə, kəmiyyət olaraq – 4,2 dəfə çoxdur.
Hesabat dövründə Çindən 2,334 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 56 dəfə çoxdur) 65 ədəd (+13 dəfə), Almaniyadan 1,01 milyon ABŞ dolları dəyərində (+12,4 %) 13 ədəd (+8,3 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 836,7 min ABŞ dolları dəyərində (+75 %) 27 ədəd (+93 %), Belçikadan 544,79 min ABŞ dolları dəyərində 9 ədəd (bir il əvvəl tədarük olmayıb), İsraildən 493,54 min ABŞ dolları dəyərində 52 ədəd (tədarük olmayıb) avtomobil gətirilib.
Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (12 ölkədən) gətirilən 160 ədəd elektromobilin 36 %-i Çinin, 16,9 %-i İsrailin, 15,6 %-i ABŞ-ın payına düşüb.