Azərbaycan əsas tədarük bazarından elektrogenerator idxalını kəskin artırıb
- 13 may, 2025
- 15:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 44,15 milyon ABŞ dolları dəyərində 9 227 ədəd elektrogenerator idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 42,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 dəfə çox) 8 953 ədəd (+4 dəfə), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (-36 %) 163 ədəd (-52 %), İsveçrədən 86,7 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 37 min ABŞ dolları dəyərində (+231 dəfə) 6 ədəd (-40 %), Almaniyadan 3,1 min ABŞ dolları dəyərində (-31 %) 60 ədəd (-74 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 14 747 ədəd elektrogeneratorun 79 %-i Çinin payına düşüb.