Azərbaycan əsas tədarük bazarında polipropilen satışını 4 dəfədən çox artırıb

Biznes
  • 09 aprel, 2025
  • 15:15
Azərbaycan əsas tədarük bazarında polipropilen satışını 4 dəfədən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycan 5,8 milyon ABŞ dolları dəyərində 4 969 ton polipropilen ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 5 dəfə çoxdur.

Azərbaycan Rusiyaya 5,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,8 dəfə çoxdur) 4 626 ton (+4,3 dəfə) və Belarusa 391,4 min ABŞ dolları dəyərində 342,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 1,6 milyon ABŞ dolları dəyərində (+93 %) 1 364 ton (+83 %) polipropilen idxal edilib.

Azərbaycan Rusiyadan 671 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 563 ton (+79 %), Səudiyyə Ərəbistanından 519 min ABŞ dolları dəyərində (+25 %) 413 ton (+29 %), Türkmənistandan 245 min ABŞ dolları dəyərində 240 ton (bir il əvvəl tədarük olmayıb), Cənubi Koreyadan 135 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 96 ton (+2 dəfə), Türkiyədən 57 min ABŞ dolları dəyərində (+2 dəfə) 37 ton (+54 %) məhsul alıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 45 137 ton polipropilenin 97,7 %-i Rusiyanın payına düşüb.

44 filmi