Azərbaycan əsas tədarük bazarına antifriz satışını kəskin artırıb
- 12 iyun, 2025
- 16:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 87,1 min ABŞ dolları dəyərində 116 ton antifriz ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İraqa 32 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 dəfə çox) 40,7 ton (+4 dəfə), Özbəkistana 15,5 min ABŞ dolları dəyərində 24,8 ton (bir il əvvəl tədarük olmayıb), İsrailə 8,5 min ABŞ dolları dəyərində 11,5 ton (bir il əvvəl tədarük olmayıb), Türkmənistana 8,3 min ABŞ dolları dəyərində (+49 %) 13,3 ton (+2,2 dəfə), İordaniyaya 5,2 min ABŞ dolları dəyərində 4,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 398 ton antifrizin 30 %-i İraqın, 27,4 %-i Türkmənistanın payına düşüb.