Azərbaycan Ərzurumdan məhsul idxalına çəkdiyi xərci 41 % artırıb

Biznes
  • 05 dekabr, 2022
  • 11:13
Azərbaycan Ərzurumdan məhsul idxalına çəkdiyi xərci 41 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Ərzurum bölgəsindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 41,4 % çox - 2,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Hesabat dövründə bölgədən 44 ölkəyə və 2 azad zonaya ixrac həyata keçirilib. Ən böyük ixrac Gürcüstana (8,4 milyon ABŞ dolları), İraqa (3,5 milyon ABŞ dolları), Rumıniyaya (3,5 milyon ABŞ dolları), Azərbaycana və Bolqarıstana (1,2 milyon ABŞ dolları) reallaşdırılıb.

Təkcə noyabrda isə Azərbaycan Ərzurumdan 372 min ABŞ dolları dəyərində məhsul idxal edib. Noyabrda bölgədən ən böyük idxalı Gürcüstan (1,4 milyon ABŞ dolları), Moldova (303 min ABŞ dolları), Azərbaycan və Somali (65 min ABŞ dolları) həyata keçirib.

44 filmi