Azərbaycan Ərzurumdan məhsul idxal edən ölkələr sırasında üçüncü yerdədir

Biznes
  • 12 avqust, 2024
  • 07:27
Azərbaycan Ərzurumdan məhsul idxal edən ölkələr sırasında üçüncü yerdədir

Bu ilin yanvar-iyul aylarında Türkiyənin Ərzurum bölgəsindən Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Bununla da, bölgənin ixracında Azərbaycanın payı 9,9 % olub və ilk 3-lükdə qərarlaşıb.

Hesabat dövründə Ərzurumdan 46 ölkə və bölgəyə ixrac həyata keçirilib. Ən böyük ixrac Rumıniyaya (13,8 milyon ABŞ dolları), Gürcüstana (7,3 milyon ABŞ dolları), Azərbaycana (2,5 milyon ABŞ dolları), İraqa (1,8 milyon ABŞ dolları), Bolqarıstana (3,3 milyon ABŞ dolları) və Moldovaya (1,3 milyon ABŞ dolları) reallaşdırılıb.

Təkcə iyul ayında isə Azərbaycan Ərzurumdan 567,18 min ABŞ dolları dəyərində məhsul idxal edib. İyulda bölgənin ən böyük idxalçıları Bolqarıstan (579,13 min ABŞ dolları), Azərbaycan (567,18 min ABŞ dolları), Moldova (556,83 min ABŞ dolları) və İraq (166,3 min ABŞ dolları) olub.