Muxtar Babayev: "Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Azərbaycan üzərindən Avropaya daşınır"
- 22 aprel, 2019
- 07:29
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan ərazisindən yük daşımalarının həcmi artır".
“Report”un məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft, Kimya” Forumunda bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan ərazisindən nəinki qonşu ölkələr, həmçinin Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Avropaya daşınır.
O bildirib ki, bu anlamda Xəzər bölgəsinin önəmi əvəzsizdir: “Ancaq bütün bunlara baxmayaraq, ətraf mühitə təsirlər minimuma endirilməlidir. Elə sistem qurulmalıdır ki, Xəzərin təbiətinə vurulan təsirlər minimuma endirilsin”.
Nazir qeyd edib ki, Azərbaycan təkcə karbohidrogenlərlə zəngin deyil: “Azərbaycanda həmçinin zəngin filiz ehtiyatları da var. Biz bu ehtiyatları da nəzərə almalıyıq”.