Azərbaycan Əfqanıstana antifriz tədarük etməyə başlayıb
- 12 mart, 2025
- 11:17
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 333 min ABŞ dolları dəyərində 398,5 ton antifriz ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 43 % çoxdur.
Hesabat dövründə Azərbaycan İraqa 104,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 119,7 ton (-17 %), Türkmənistana 78,4 min ABŞ dolları dəyərində 109,3 ton (2 il 6 aydan sonra bərpa edilib), Gürcüstana 37,8 min ABŞ dolları dəyərində (-41 %) 43,2 ton (-31 %), Rusiyaya 32 min ABŞ dolları dəyərində (-4 %) 27 ton (+29 %), Özbəkistana 31,4 min ABŞ dolları dəyərində (+4,2 dəfə) 40,75 ton (+4,7 dəfə) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Əfqanıstana tədarük (2,3 min ABŞ dolları dəyərində 3,1 ton) həyata keçirilib.