Azərbaycan əczaçılıq məhsullarının ixracından qazancını kəskin artırıb

Biznes
  • 18 noyabr, 2023
  • 11:10
Azərbaycan əczaçılıq məhsullarının ixracından qazancını kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 482,252 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 % azdır.

Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 14,582 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 7,5 dəfə çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,4 %-ni, ixrac isə ümumi ixracın 0,05 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6 % azdır.

Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,5 % azalıb, idxal isə 22,3 % artıb.

Son nəticədə xarici ticarətdə 15 milyard 172 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 34,4 % azdır.