Azərbaycan əczaçılıq məhsullarının ixracından qazancını 15 % artırıb

Biznes
  • 18 iyun, 2022
  • 11:57
Azərbaycan əczaçılıq məhsullarının ixracından qazancını 15 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 2,273 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 148,373 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 14,9 % çoxdur.

5 ayda əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxalında payı 0,04 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,96 %-ni təşkil edib.

44 - Tezliklə