Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini kəskin artırıb
- 15 iyul, 2023
- 07:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 322,8 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 12,6 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 8,2 dəfə çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,9 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,4 % çoxdur.
6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,8 % azalıb, idxal isə 29 % artıb.
Son nəticədə xarici ticarətdə 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 19,4 % azdır.