Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 14 % artırıb
- 22 oktyabr, 2022
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 474,875 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 1,929 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 23 % azdır.
9 ay ərzində əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxalın 4,61 %-ni, ixrac gəlirləri isə ümumi ixracın 0,01 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.