Azərbaycan əczaçılıq məhsulların idxalına çəkdiyi xərci 40 %-dən çox artırıb

Biznes
  • 29 yanvar, 2022
  • 12:39
Azərbaycan əczaçılıq məhsulların idxalına çəkdiyi xərci 40 %-dən çox artırıb

Ötən il Azərbaycan 528,567 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 151,422 milyon ABŞ dolları (40,1 %) çoxdur.

Ötən il ərzində Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 4,096 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,455 milyon ABŞ dolları (6,4 dəfə) çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,52 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

44 filmi